4 İyun 2017 16:55
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın paytaxtı Boqotada yaşayan Xose Alberto Quterrez adlı şəxs 20 ildir küçələrdə gördüyü kitabları yığaraq, böyük kitabxana açıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, kitabxanasının hərkəsin üzünə açıq olduğunu deyir. Bu əməli ilə Alberto Qutyerrez dünyanın müxtəlif yerlərində yaşayan kitabsevərlərin diqqətini çəkib.

20 ildir küçələrə, zibilliklərə atılan kitabları toplayıb evə gətirdiyini deyən Alberto Qutyerrez evinin alt mərtəbəsini kitablar üçün ayırdığını və burada 25 mindən çox kitab yığıldığını bildirib.

Dünyanın müxtəlif yerlərindən – Cənubi Koreyadan, Fransadan və Norveçdən Alberto Qutyerrez görməyə kitabsevərlər gəlir. Kitablarını müxtəlif kitabxanalara bağışlayır, beynəlxalq kitab sərgilərindən dəvətlər alır. Hətta, ilhamverici hekayəsini danışmaq üçün müxtəlif konfransalara dəvətlər alır.


Müəllif: İlhamə