9 İyul 2017 14:00
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınan antik Stratonikeia şəhərindəki tarixi abidələrdən biri olan Bəyliklər Hamamında qazıntılardan sonra bərpa işlərinə başlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qazıntı qrupunun başçısı professor Bilal Söyüd tarixi abidənin Osmanlı dövründə də şəhər memarlığı baxımından əhəmiyyətli olduğunu söyləyib.

Hamamda olan sikkə, keramika və digər memarlıq xüsusiyyətləri abidənin təxminən 700 il əvvəl inşa edildiyini göstərir. B.Söyüd hamamın içərisinin soyunma, ilıqlıq, istilik, təraş və odunluq hissələrindən ibarət olduğunu bildirib.

Araşdırmaçı daha sonra deyib: “Hamamın divarlarını qızdırmaq üçün torpaq boruların içi ilə isti hava dolaşdırılaraq təxminən 700 il əvvəl qızdırıcı sistemin tətbiq olunduğunu təsbit etdik. Qızdırıcı sistemi 2 min il əvvəlki Roma hamamlarında görmüşdük. Ancaq Bəyliklər Hamamının fərqli özəlikləri var. Bəyliklər Hamamı mükəmməl istilik sisteminə malikdir, Bəyliklər dövrünə aid tam və gözəl bir nümunədir. Yandırılan odun üstündəki böyük mis qazanda hamamın suyu isidilir. Bişmiş torpaq borular içində gəzən buxar da divarların isidilməsində istifadə olunurmuş”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər