9 İyul 2017 16:44
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 19 il saxta diplomla müəlliməlik edən Ruqiyə G.S-dən bu müddət ərzində ödənilmiş maaşları faizi ilə birlikdə geri alacaq.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ruqiyə Trabzonda 11 il etdiyi “müəllimliyin” əvəzində dövlətən aldığı 330 min lirəni geri ödəməli olacaq. Özünü Ankara Universitetindən məzun kimi təqdim edən Ruqiyənin saxtakarlığı ondan diplomunun istənilməsi ilə üzə çıxıb. Müəllimə guya Ankarada yaşayan bacısından gedib universitetdən onun diplomunu almasını xahiş edib. Həqiqət isə fərqli olub. O, düzəltdiyi saxta diplomu əvvəlcə bacısına göndərib və bacısı da guya, universitetdən aldığı diplomu poçtla onun çalışdığı məktəbə göndərib.

Lakin Trabzon təhsil idarəsinin araşdırması nəticəsində diplomun saxta olduğu məlum olub. Onun barəsində ayrı-ayrı 2 cinayət işi üzrə 4 ildən 12 ilə kimi həbs cəzası çıxarılması istənilir.

Hazırda, Ruqiyənin dövlətə vurduğu zərər araşdırılır. Məhkəmə onun indiyə kimi işlədiyi iki şəhərin təhsil idarəsinə zərərin müəyyənləşdirilməsi üçün sorğu göndərib. Trabzonun Ağır Cinayətlər Məhkəməsi, “müəllim”in dövlətdən aldığı bütün məbləğin müəyyənləşdirilməsini istəyib. Məlum olub ki, 11 il Trabzonun Dərnəkbazarı rayonunda müəllimlik etmiş Ruqiyəyə dövlətdən maaş, məzuniyyət pulu və sair formalarda 330 min 578 türk lirəsi ödənilib. Məhkəmə hazırda Ruqiyənin 8 il işlədiyi Ərzurumun təhsil idarəsindən orada aldığı məbləğin müəyyən olunması ilə məşğuldur.

Onu da qeyd edək ki, təqaüdə çıxmasına cəmi bir il qalan Ruqiyə Türkiyə hökuməti tərəfindən 2005-ci ildə ilin müəllimi adı ilə təltif edilib.


Müəllif: İlhamə

Oxşar xəbərlər