Teleqraf.com xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Gəlin danışaq”proqramının aparıcısı Zümrüd Qasımova feysbuk səhifəsində yazıb.
Zümrüd Qasımova özü mediadan qaçmağa çalışsa da, ARB telekanalının Strateji İnkişaf Direktoru İsmayıl Həsənov Teleqraf.com-un suallarını cavablandırıb:
“Zümrüd Qasımovanın aparıcılığı və təqdim etdiyi "Gəlin danışaq” verilişi tamaşaçılar tərəfindən həmişə maraqla izlənilib. Zümrüd xanımla yollarımızı ayırmağımıza səbəb "Gəlin danışaq” verilişinin mövsüm finalı yaşaması və yeni mövsümdə ARB TV-nin yayımında köhnə verilişlərin yeniləri ilə əvəz olunmasıdır. Sentyabr ayından tamaşaçıların qarşısına daha fərqli efir konsepsiyası ilə çıxacağıq. Zümrüd xanımla heç bir problemimiz yoxdur və gələcəkdə uyğun bir layihə olsa, onunla yenidən birgə çalışa bilərik”.