Teleqraf.com bununla bağlı araşdırmanın nəticələrini təqdim edir.
Kəsmik
Yaxşı vaxt - Gündüz
Həzmə kömək edir;
Həzm sistemini sakitləşdirir.
Pis vaxt - Axşam
Əgər siz soyuqdəymə ilə bağlı xəstəliklərinə meyllisinizsə, xüsusilə tövsiyə edilmir. Çünki seliyin yaranmasına imkan yaradır.
Düyü
Yaxşı vaxt - Gündüz
Gündüz maddələr mübadiləsi daha sürətli olur. Nəticədə karbohidratların kalorisi yaxşı yanır.
Pis vaxt - Axşam
Artıq çəki yaradır
Alma
Yaxşı vaxt – Səhər
Tərkibindəki pektin hüceyrələrinin sayəsində mədə-bağırsaq traktını yaxşılaşdırır;
Pektin eyni zamanda orqanizmdən kanserogen maddələri uzaqlaşdırır.
Pis vaxt – Gecə və yatmamışdan öncə
Orqanik turşular mədədə turşuluğu artıraraq diskamfort yaradır.
Pektin isə gecə vaxtı həzm sisteminin işinin yüklənməsinə səbəb olur.
Şirniyyat
Yaxşı vaxt – Səhər
Orqanizmin istehsal etdiyi insulin səhərlər şəkərlə yaxşı mübarizə aparır;
Qəbul edilən kaloriləri bütün gün ərzində xərcləmək imkanı olur.
Pis vaxt – Gecə
Şəkər artıq çəki yaradır
Şəkər həzm sisteminin fəaliyyətini ləngidir və narahat yuxuya səbəb olur.
Banan
Yaxşı vaxt – Nahar vaxtı
Yüksək lif tərkibinə görə banan həzmə yaxşı təsir edir;
Banan — təbii antasid (turşluq dərəcəsini aşağı salır), mədə qıcqırmasını neytrallaşdırır.
Pis vaxt – Axşamdan sonra
Soyuqdəyməyə və seliyə səbəb ola bilər.
Boş mədəyə yeyilən banan tərkibindəki yüksək miqdarda maqneziuma görə narahatlığa səbəb ola bilər.
Ət və ət məhsulları
Yaxşı vaxt – Gündüz
Ət həzm üçün olduqca mürəkkəb məhsuldur;
Yüksək miqdarda zülala sahib olduğu üçün fiziki gücü artırır. Diqqəti yaxşılaşdırır.
Pis vaxt – Axşam
Gecə yeyilmiş zülallı qida həzm sistemində ağırlıq yaradır və narahat yuxuya səbəb olur.
Paxlalı bitkilər
Yaxşı vaxt - Axşam
Lif baxımından zəngin olan paxlalı bitkilər həzmə kömək edir, xolesterinin səviyyəsini aşağı salırlar.
Tədqiqatlar sübut etdir ki, bu qidalar yaxşı yuxuya imkan yaradırlar.
Pis vaxt- Səhər
Səhər və günorta paxlalı qida qəbul etməklə risk etmiş olursuz. Belə ki, onun iştaha gətirici xüsusiyyəti sizə artıq qidalanmaya və kilo almağa səbəb ola bilər.
Qoz
Yaxşı vaxt - Axşam
Tərkibi Omeqa-3, yağ, antioksidant və digər yararlı maddələrlə zəngindir. Bu zəngin tərkib beynin fəaliyətini gücləndirir.
Pis vaxt – Səhər, günorta və gecə
Bu radələrdə qozun orqanizmə faydası o qədər də çox olmur.
Əncir və ərik
Yaxşı vaxt – səhər tezdən
Maddələr mübadiləsini sürətləndirir
Həzm sistemini stimullaşdırır
Pis vaxt – Axşam
Həzmsizliyə səbəb olur, qaz yaradır.
Pendir
Yaxşı vaxt – Səhər tezdən
Bu qida bir sıra veqetaryanlar üçün əti əvəzləyən ən yaxşı vasiə hesab edilir
Az miqdarda da olsa çəki artımının qarşısını alır.
Pis vaxt – Axşam
Həzm üçün narahatlıq yaradır ki, bu da çəki artımına səbəb olur.
Süd
Yaxşı vaxt - Gecə
İsti süd orqanizmi sakitləşdirir və yuxunu yaxşılaşdırır.
Pis vaxt – Səhər
Toxluq hissi yaratmaqla sizi qidadan uzaqlaşdıra bilər ki, bu da günlük qidalanma rejiminin pozulmasına gətirib çıxarar.
Hə, bu da məhsulların spesifikasına uyğun olaraq düzgün qəbul edilməsi. Lakin heç kim bu cədvəl üzrə qidalanmaya məcbur edilə bilməz.
Necə deyərlər hücumdan xəbəri olan yaxşı müdafiə oluna bilər. Yemək üçün yox, yaşamaq üçün yeyənlər onsuz da nə etmək olduğunu yaxşı bilirlər.