Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Ərzincan şəhərində yol qəzalarının qarşısının alınması, sürücülərin daha diqqətli olmaları və yol hərəkəti qaydalarına həssaslığın artırılması məqsədi daşıyan layihə çərçivəsində polis əməkdaşlarının dayandırdığı sürücülərə çay-qəhvə təqdim olunur.
Rəfahiyə-Ərzincan yolunda son günlərdə qəzaların artdığını görən Ərzincanın polis idarsi “Həyata 5 dəqiqə fasilə” layihəsini həyata keçirməyə başlayıb.
Layihə çərçivəsində Rəfahiyə qəsəbəsi girişindəki mərkəzdə dayandırılan maşınların sürücülərinin vəsiqələri yoxlanılır, yol hərəkətləri qaydaları ilə bağlı xəbardarlıq edilirlər.
Bu prosesdə istirahət etmələrinə imkan yaradılan sürücülərə çay-qəhvə verilir. Bununla da sürücülər dincəlir, sərnişinlər isə daha rahat, daha təhlükəsiz səyahət edə bilirlər.