8 Avqust 2017 00:34
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş şəhərində beş mərtəbəli binanın damından özünü atmaq istəyən qadını fikrindən daşındırmaq üçün edilən cəhdlər nəticə verməyincə xilasedicilər başqa varianta əl atmalı olublar.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məişət münaqişəsi zəmnində özünə qəsd etmək istəyən Songül K-nı xilas etmək üçün əraziyə polis, həkim, psixoloq və digər sahələrdən olan xilasedicilər cəlb ediliblər.

Xilasedicilərdən biri qadını tutmaq üçün onun başını müxtəlif söhbətlərlə qatmaq istəyib. Songül K-nın siqaret aludəçisi olduğunu bilən kişi ona papiros təklif edib. Qadın siqareti almaq istəyərkən xilasedici onu tutaraq aşağıya endirib.

Songül K həkim müayinəsindən keçmək üçün xəstəxanaya aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər