19 Avqust 2017 16:30
2 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya meşələrində dünya ilə əlaqəsi olmayan 3000 nəfərlik Korovai qəbiləsi yaşayır. Bu qəbilənin üzvləri ağaclarda yaşayırlar.

Teleqraf.com bildirir ki, İndoneziyanın Papua əyalətində meşənin dərinliklərində yaşayan Korovailər ibtidai qəbilələrdən hesab edilir.

Dünyanın keçdiyi inkişaf dövründən kənarda qalan qəbilə nümayəndələri daş dövründə olduğu kimi həyat sürürlər. Onlar paltar geyinmir, ağaclarda yaşayır, vəhşi heyvanlar, bitki kökləri və yarpaqlarla qidalanırlar.

Sel və zərərli canlılardan qorunmaq üçün hündür ağaclarda yaşayırlar. Bu səbəbdən düşmənləri belə onlara yaxınlaşa bilmirlər.

Dünya ilk dəfə olaraq 1970-ci ildə Korovai qəbiləsinin varlığından xəbər tutub. Hollandiyalı missioner qrupunun rast gəldiyi qəbilə barədə məlumatlar sonradan bütün dünyaya çatdırılıb.

Dünyada bilinən son qəbilə quruluşu olması Korovailərə məşhurluq gətirdi. Ancaq bəzi antropoloqlara görə bu, truzim sənayesinin hiyləsindən başqa bir şey deyil.

Korovailərin antrpoloq Peter Van Arsdale ilə ilk qarşılaşmasından 50 ilə yaxın vaxt keçsə də, onlar izolyasiya şəraitində yaşamağa davam edirlər.

Kovailerin həyat tərzi olduqca maraqlıdır. Onlar seldən və digər təhlükələrdən qorunmaq üçün 50 metrlik dəmirağaclarının üstündə evlər tikirlər. Evlərin inşasında bütün ailə üzvləri iştirak edir. Evlərin tavanını tikmək üçün gildən, palma yarpaqları və ağac qabıqlarından istifadə edirlər.

Daha sonra hündür nərdivanları çıxaraq yuvalarına qovuşurlar. Korovai qəbiləsi ilk dəfə 2010-cu ildə əhali sayına daxil edilib. Məsul şəxslər 2 min 868 nəfər qəbilə üzvü olduğunu açıqlayıblar.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər