Almaniya kansleri Angela Merkel Berlində seçkiqabağı mitinqdə mahnı oxuyub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, musiqi ilə maraqlanmayan siyasətçi kimi tanınan Merkel seçkiqabağı kampaniya çərçivəsində keçirilən mitinqdə caz kompozisiyası ifa edib.
Müğənni Uşi Bryuninq “Mənimlə qəribə şeylər baş verir” adlı mahnısını oxuyan zaman mikrofonu səhnəyə yaxın yerdə əyləşən Merkelə tərəf uzadıb. Xanım siyasətçi özünü itirmədən mahnını oxumağa başlayıb.