Kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı Roberto de Qaviriya ABŞ-ın "Netflix" korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Teleqraf.com xəbər verir ki, Roberto de Qaviriya " Hollywood Reporter"ə açıqlamasında qeyd edib ki, "Netflix"in məhsulu olan "Narco" serialında Eskobar ailəsinin sirləri icazəsiz şəkildə yayımlanıb.
Üç Eskobar qardaşı arasında yeganə sağ qalanı Roberto Eskobar bir zamanlar narkokartelin "xəzinədar"ı və qatillər dəstəsinin rəhbəri olub.
Həbsxanadan çıxandan sonra Roberto Eskobar bir neçə kitab yazıb, "Escobar İnc." şirkətini yaradıb, adını və qohumlarının adlarını ticari brend kimi qeydiyyata aldırıb. O, "Narco" serialında Eskobarlar ailəsindən bəhs olunduğu üçün "Netflix"dən 1 milyard dollar təzminat tələb edib: "Təzminat ödəməsələr, bu kiçik və eybəcər şounu bağlayacağıq. "Netflix" və ya başqa şirkətin Kolumbiyada qardaşım Pablo barədə məndən icazəsiz film çəkməsini istəmirəm. Bu, çox təhlükəlidir".