6 yaşlı azərbaycanlı Ruslan Səfərov Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Udivitelnıx lüdey” proqramına qatılıb.
Teleqraf.com xəbər verir ki, Ruslan ona verilən bütün riyazi tapşırıqları vaxtından tez yerinə yetirməklə tamaşaçıları heyrətləndirib.
Ruslanın atası Fuad Səfərov “Komsomolskaya pravda”ya müsahibəsində oğlunun bacarığından danışıb:
“Oğlumun otağının divarlarından hərf və rəqəmlər asmışdıq ki, kiçik yaşlarından bunları öyrənsin. Hazırda Ruslan telefonumdakı xüsusi proqramla riyazi hesablamalar edir və onları yaddaşında saxlayır”.