8 Noyabr 2017 09:28
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İrlandiyanın Kaltro şəhərində yerləşən Olster xalq nəqliyyat muzeyində ötən ay çəkilmiş iki müəmmalı fotoşəkildə üç ruh aydın şəkildə əks olunub.

Teleqraf.com-un xarici mediaya istinadən xəbərinə görə, məsələnin maraqlı tərəfi odur ki, şəkillər oktyabırn 31-də, Hallouin (Əcinnələr günü bayramı) ərəfəsinə təsadüf edib.

Bu paranormal qonaqların məhz həmin gün görünməsi müəyyən qədər şübhə doğurur, bunula belə, fakt faktlığında qalır: hər iki şəkildə adi adamlardan fərqlənən şər üzlər gözə dəyir.

Şəkillərin birində köhnə vaqonda əyləşmiş solğun üzlü, iri gözlü yarımşəffaf insan bədəni görünür. Muzeyin qaranlıq hollunda çəkilmiş ikinci şəkilə baxanda isə əcaib şəklə düşmüş iki yaşıl üz diqqət çəkir.

Qeyd edək ki, fotoların müəllifləri 45 yaşlı Conatan Han və 36 yaşlı Tim Metyüs bir-biri ilə tanış deyil.


Müəllif: Alpər