Türkiyədə dini icma liderlərindən biri – "Harun Yəhya" ləqəbi ilə tanınan Adnan Oktarın səsləndirdiyi fikirlər sosial mediada müzakirəyə səbəb olub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Adnan Oktar jurnallara açıq-saçıq fotolar çəkdirən modellərin, müğənnilərin "Od tutub, yanacaqlar", "Hamısı saxta xoşbəxtlik içindədir, cəhənnəm onları gözləyir" ifadəsini işlədib.
Sosial mediada Adnan Oktarın dedikləri birmənalı qarşılanmayıb.
İzləyicilər onun dediyi ifadələri paylaşaraq Adnan Oktara "Kediciklər də yanacaqmı?"sualını yazıblar.
İzləyicilər tərəfindən Adnan Oktarın öz televiziya proqramlarında mahnı oxuyub, kedicikləri ilə rəqs etdiyi videolar da paylaşılaraq tənqid olunub.