9 Noyabr 2017 21:36
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənnisi Barış Mançonun ölümündən əvvəl çəkdirdiyi son şəkil üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, fotonu Barış Mançonun oğlu Doğukan Manço öz İnstaqram səhifəsində paylaşıb.

O, şəkili atasının ölümündən əvvəl çəkdiyini bildirib: "Bu foto mənim özəl arxivimdəndir. Atamın ev vəziyyətində çəkdiyim şəkildir. 1999-cu il Belçikada Liegedəki evimizdəydik".

Barış Manço 1999-cu il fevralın 1-də 56 yaşında vəfat edib.


Müəllif: İlhamə Əbülfət