Qarşılaşdığınız bəzi sağlamlıq problemləri ilə əlaqədar həkimə, ya da əczaxanaya tələsmək lazım deyil.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, insanı narahat edən ağız qoxusu, öskürək, ishal, burun tıxanmaları, qrip, yuxusuzluq, civzələr və s. təbii üsullarla ev şəraitində də həll oluna bilər.
Ağız qoxusu vacib bir yığıncaq əsnasında, ya da sevdiyiniz adamla baş-başa olduğunuzda, xoşagəlməz hal hesab olunur. Bu baxımdan xeyirli bakteriyalardan ibarət olan "Probiotik" məhsullardan istifadə pis bakteriyalarla mübarizə apararaq ağız qoxusunu azaldır.
Soyuqdəymə səbəbiylə meydana gələn öskürəyə qarşı bal mükkəmməl bir dərman hesab olunur. Boğazdan keçərkən öskürəyin verdiyi ağrını yüngülləşdirir və sinəni yumşaldır.
Civzələr, sızanaqlar, civzələr yalnız yetkinlikdə qarşılaşılan bir problem deyil. Qadınların çoxu bu problemdən əziyyət çəkir. Problemi həll edən faydalı məhsullardan əlavə çay ağacının yağının da civzələrə kömək etdiyi bildirilir.
İshal insanların gündəlik həyatlarına təsir edən və vaxtsız qarşılaşan bir problemdir. Bu problemin həllində banan yeməyin də faydalı olduğu bildirilir.
Burun tıxanmaları olan kəslərə çörək otunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörək otlarını toz halına gətirdikdən sonra buruna çəkməyin burunda olan tıxanmalara təsir göstərdiyi bildirilir.
Yuxusuzluq sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının daha rahat yatmağınıza kömək edəcək.