27 Dekabr 2017 09:13
4 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ufoloqları ildən-ilə Yerdən kənarda həyat olduğunu sübut etmək üçün daha çox cəhd edirlər. Onlar bunu sübut etmək üçün yadplanetlilərin dünyanın müxtəlif ərazilərində lentə alınan foto və video görüntülərini misal çəkir, guya onların Yerə hücum etmək istədiklərini iddia edirlər.

Teleqraf.com-un xəbərinə görə, "Nyuinform" portalı 2017-ci ilin yekunu ilə bağlı rəsmi siyahılardan imtina edərək, yadplanetlilərlə bağlı oxucular üçün ötən il daha maraqlı olan hadisələrin reytinqini hazırlayıb.

Ən əsas hadisə ABŞ Müdafiə Nazirliyinin 2007-2012-ci illərdə Uçan Naməlum Obyektləri öyrənmək üçün prqorama 20 milyon dollar vəsait xərcləməsi barədə etirafı idi. Bu rəsmi etirafdan bir neçə gün sonra Pentaqon yadplanetlilərlə bağlı iki videoçarx təqdim etdi. Həmin kadrlarda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların "uçan boşqabı" təqib etdikləri əksini tapıb.

İkinci yerdə italiyalı astronavtın lentə aldığı kadrlar gəlir. O, Beynəlxalq Kosmik Stansiynın bortundan Yerin atmosferində olan kürəşəkilli UNO-nin görüntülrini qeydə alıb.

Əksər hallara ufoloqlar tərəfindən kosmosda "tapılan" UNO-ların "planeti dağıtmağa başlayacağı" gözlənilirdi.

Üçüncü yerdə yadplanetlilərin Yeloustonda görünmüş nəhəng kosmik gəmisi gəlir. Bir neçə dəqiqə görünən və gözdən itən kosmik gəmiyə dair görüntülər alimlər tərəfindən İnternetdə yayılıb. Mütəxəssislər hesab edir ki, yadplanetlilər supervulkanı oyada və qısa vaxtda insanlığı məhv edə bilərdilər...

Alimlər həmçinin bu il bir neçə dəfə yadplanetlilərlə görüş barədə proqnozlar irəli sürdülər. Məsələn, yadplanetlilərin sonuncu dəfə Yerə gəlməsi bu il noyabrın ilk günlərində baş verməli idi. Gözlənilirdi ki, ABŞ-da ilk dəfə yerdəki insanlarla əlaqəyə girəcək yadplanetlilərin nəhəng kosmik gəmisi sürətlə hərəkət edəcəkdi. Ümumiyyətlə, gəlmələrin insanla ünsiyyəti baş verib. İlk telepatik söhbət barədə hamelyon UNO ilə rastlaşan Nyu York sakini danışıb. O, elm aləminin adamlarına hansısa sübutlar təqdim edə bilmədi. Lakin həmin şəxs əmindir ki, həyatın başqa formaları ilə ünsiyyətdə olub...


Müəllif: Nahid

Oxşar xəbərlər