14 Fevral 2018 08:33
2 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikada aslanlar ovçunu parçalayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Cənubi Afrikadakı Kruger qoruğunda baş verib. Qoruqda qanunsuz olaraq aslan ovuna çıxan ovçunu aslanlar parçalayaraq yeyib.

Yerli polis bildirib ki, ovçunun yalnız başı və bədəninin bir neçə parçası qalıb.

Cənubi Afrikanın “Eyevitness Nyus” saytı isə qeyd edib ki, həmin şəxsin öldürüldüyü ərazidə tüfəng və digər ləvazimatlar tapılıb.

Qeyd edək ki, son zamanlar Limpopo bölgəsində qanunsuz aslan ovu çoxalıb. İddiaya görə, aslanların əti, dərisi və sümüyundən Afrika və Asiya ölkələrində istifadə olunur.

Aslan sümüklərinə xüsusilə Cənubi Şərqi Asiyada ehtiyac duyulur.

Xatırladaq ki, 2017-ci ildə Limpopa bölgəsində üç erkək aslanın başı və pəncələri tapılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər