Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək vermək üçün Suriya sərhəddinə gedən tanınmış müğənni Səda Sayan prezident Rəcəb Tayyib Ərdoğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akarla selfi çəkdirərək İnstaqram səhifəsində paylaşıb.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, aralarında Ajda Pekkan, İbrahim Tatlısəs, Dəniz Səki, Əməl Müftüoğlu, Mustafa Sandalın da olduğu sənətçi və idmançılardan ibarət qrup “Zeytun budağı” əməliyyatı çərçivəsində əldə edilən uğurları qeyd etmək məqsədilə Hatay vilayətinin Oğulpınar Sərhəd Dəstəsini ziyarət edib. Ziyarət zamanı prezident və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin yanından ayrılmayan Səda Sayan çəkdirdiyi selfiləri dərhal İnstaqramdakı izləyiciləri ilə bölüşüb.