Alimlər Antarktidada insanların Mars səyahəti zamanı istifadə edə biləcəkləri tərəvəz məhsullarının yetişdirilməsilə bağlı sınaq həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, alman alimlər Antarktikadakı Neumayer araşdırma mərkəzində Günəş işığı olmadan 3.6 kilo kahı, 18 xiyar və 70 dənə turp yetişdirə biliblər. Məlumatlara görə, Günəş işığının olmadan yetişən bitkilərə heç bir dərman da vurulmayıb. Tədqiqatçılar təkrar olaraq yenə bu ərazidə led lampaların köməkliyi ilə tərəvəz yetişdirməyi planlaşdırırlar. Layihə mühəndislərindən biri Paul Zabel 2017-ci ildə bu işə başladıqlarını və bir çox problemlə üzləşdiklərini, lakin işin öhdəsindən gəldiklərini deyib.
Tədqiqatın əsas məqsədi kosmik mühitdə tərəvəz yetişdirilməsi üçün ideal sistem qurmaqdır. Antarktika Yer üzündə Marsa oxşar yeganə məkandır.