8 İyun 2018 10:43
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Fransa və Meksika alimləri Marsda həyat əlamətləri tapıldığını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Science” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, uzun müddətdir Mars səthində araşdırma aparan Curiosity” robotunun antik bir göl yatağında üzvi maddə tapdığı açıqlanıb. Üzvi maddə qalıqlarının 3 milyard il əvvələ aid olduğu bildirilib. Sözügedən üzvi maddənin meteor vasitəsi ilə Mars səthinə gəlmə ehtimalının olduğu qeyd edilib.

Alimlərim fikrincə tapıntılar “qırmızı planet”də daha əvvəl metan olduğuna işarə edir, bu isə öz növbəsində bioloji həyatın vaxtı ilə mövcud olduğunu göstərir.


Müəllif: Ruslan