14 İyun 2018 22:39
3 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samoada əsrlərdir davam edən qəribə ənənə dünyanın gündəmindən düşmək bilmir. Həmin ənənəyə görə, qız uşaqlarının az olduğu ailələr oğlan uşaqları arasından birini seçərək ev işlərinə kömək məqsədilə qız kimi böyüdürlər.

Teleqraf.com xəbər verir ki, Samoada onları “Faafafine” adlandırırlar.

Samoada “Faafafine” üçüncü cins deməkdir. Onlar cinsiyyət orqanları da daxil olmaqla, bütün bədənlərinə tatu edir və onların qadınlarla evlənməsi qadağandır. Evlənmək istəsələr belə onlara qız vermirlər.

“Faafafine”lər kişilərlə cinsi əlaqədə olur və qadın kimi davranırlar. Hətta, estetik əməliyyatlardan sonra cinsiyyətini dəyişərək qadın olanlar da çoxdur.

“Faafafine” bioloji olaraq kişi bədəninə sahib olsalar da, özlərini qadın kimi aparanlara deyirlər. Həmin kişilər üzərində ailələrin təzyiqi əsas rol oynayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər