20 Avqust 2018 07:02
3 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan imtahanlar maraqlı faktlarla yadda qalıb.

Məsələn, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar. Belə ki, Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq.

Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.(azedu.az)


Müəllif: Teleqraf.com