26 Sentyabr 2018 00:15
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada deputatın evinin qarşısına donuz başı qoyulub.

Teleqraf.com xəbər verir ki, Nadejda Zaqordan axşam saatlarında evinə qayıdarkən belə bir mənzərə ilə qarşılaşıb.

Deputatın verdiyi məlumata əsasən, bundan öncə belə bir hal onun valideynləri ilə də baş verib. Nadejda Zaqordan analoji halın onun tədqiqatları ilə bağlı olduğunu düşünür.

Deputat dövlət xərclərinin qanunauyğunluğunu və rüşvətxorluq hallarını araşdırır. Son dövrdə isə o, seçildiyi İzmaylovda qanunsuz tikili barədə araşdırma aparmış və 250 milyon rubl məbləğində rüşvət alındığını öyrənmişdi. Həmçinin o, yerli hökumət nümayəndələri tərəfindən istefaya məcbur edilirdi.



Müəllif: Teleqraf.com