5 Oktyabr 2018 07:35
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində süpürgəçi küçədə təmizlik işlər apararkən 1 kisə pul tapıb.

Teleqraf.com xəbər verir ki, təmizlikçi kişi zibil yeşiklərinin yanında olan kisələri daşıyarkən onlardan birinin çox ağır olduğunu hiss edib.

Kisəni açdıqdan sonra orda bağlamalarla pul olduğunu görən şəxs polis bölməsinə getmək barədə qərar qəbul edib.

“Mən fikirləşdim ki, yəqinki kimsə onu səhvən zibil bilib və atıb. Mən bu pulları qaytarmalı idim” – deyə o açıqlama verib.

Polis bölməsi 2 saat ərzində axtarışların nəticəsində pulun yerli iş adamlarından birinə mənsub olduğunu aşkarlayıb. Biznesmen təmizlikçiyə düzgünlüyünə görə 20 min yuan pul təklif etsə də, süpürgəçi bu təklifi qəbul etməyib.


Müəllif: Mirvari Əzizova