Venera Aydan, hətta Marsdan da daha az "qonaqpərvər" yer sayılır. Bu səbəbdən də alimlər nadir halalrda onu pilot ekspedisiyalar üçün obyekt kimi nəzərə alırlar. Lakin buna baxmayaraq, Amerikanın NASA aerokosmik agentliyi belə bir missiyanın planlaşdırıldığını açıqlayıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu ekspedisiya zamanı astronavtlar Veneranın səthi üzərində olmayacaq, onun orbitində işləyəcəklər.
Astronovtlar atmosferin kifayət qədər sıx olduğu 55 kilometr hündürlükdə olacaqlar. Bu da onları kosmik şüalanmadan sığortalayacaq. Bu məsafədə havanın temperaturu +20-30 dərəcədir ki, bu da müvafiq avadanlığı enerji ilə təmin etməyə imkan verəcək.