27 Noyabr 2018 07:17
2 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərini İran futbol çempionatında təmsil edən “Traktor” klubu “Perspolis”in qonağı olub.

Teleqraf.com xəbər verir ki, gərgin məcrada keçən oyunda tərəflər “sülh” bağlayıblar.

Matç 0:0 hesabı ilə başa çatıb.

Ağır hava şəraitinə baxmayaraq, görüşdə Güney Azərbaycanın müxtəlif şəhərlərindən gələn təxminən 40 min “Traktor” tərəfdarı tamaşaçı qismində iştirak edib və doğma komandaya dəstək nümayiş etdirib.

Güneyli azarkeşlər arenadan “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı da səsləndiriblər. Soydaşlarımız bununla İran məktəblərində qeyri-fars dillərində tədrisin qadağan edilməsinə etiraz ediblər.

“Traxtur” tərəfdarları əksər görüşlərdə olduğu kimi, bu dəfə də stadionda Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar. Ən maraqlısı isə budur ki, soydaşlarımız stadionda Azərbaycanla yanaşı, Yaponiya bayrağını da qaldırıblar. Azarkeşlər bununla İran Asiya Çempionlar Liqasında təmsil edən “Perspolis” və “İstiqlal” komandalarına deyil, onların xarici rəqiblərinə dəstək verdiklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, ötən günlərdə Yaponiyanın “Kaşima” komandası “Perspolis”i məğlub edərək Asiya çempionu olub.

Oyundan video-görüntüləri təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər