17 Dekabr 2018 19:40
3 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqqında söhbət açacağım bu xanım davranışı, mədəniyyəti, elmi, savadı ilə onu əhatə edən amerikalılarda Azərbaycana rəğbət aşılayan bir azərbaycanlıdır. Söhbət ekalogiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamovadan gedir. Onu bir qədər yaxından tanıyaq.

Əminə Salamova Bakıda “Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır…

Heç vaxt diqqət mərkəzində olmaq istəmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur…

Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin kimya fakültəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekaloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin…

Tərəqqi...

2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunur. 2004-cü ildə ekalogiya ixtisası üzrə - School of Public and Environmental Affairs-də (Master”s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir və bütün dünyada qəbul olunur…

İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Departamenti onunla maraqlanaraq, onu ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir və magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək Ekalogiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəyə yiyələnir. Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur...

Hazırda İndiana Universitetinin Ekaloji Kimya laboratoriyasında, ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları və bütün dünya agentlikləri istifadə edir…

Bununla yanaşı elmi tədqiqat işlərini də davam etdirirərək qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır.

Hazırda Norveçdə fəaliyyət göstərən Svalbard Universiteti ilə ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir.

Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz dəhşətə gələrsiniz…

Bunlarla yanaşı onu böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qrum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında və qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq…

Arzular...

Bildirir ki, gələcəkdə ekalogiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən rəhbərlik etdiyi qrum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq…

Amerika və amerikalılar...

Sizcə Amerika necədir, özünüzü burada necə hiss edirsiz sualıma- özünü çox yaxşı hiss etdiyini, söyləyib:
- Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır və çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerika sayağı həyat, iş, iş, yenə də iş deməkdir. Və həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb- dedi…

Azərbaycan - Amerika…

Azərbaycanlılarla amerikalılar arasında fərqi soruşanda Əminə Salamova deyir:
"Əlbəttə ki, var. Tamami ilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. Və mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyəçidirlər və burada özünəpərəstiş məktəbdə oxuyarkən aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitutundan güclüsü yoxdur.

Burada ailələrin çoxu bir- birindən ayrı düşüb. İllərlə bir-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi olmadığından yaşlıların əksəriyyəti qocalar evlərində ömür sürür. Qadınlar hər şeyi karyerasına qurban verir. Yüksəlmək üçün qadınlar kişilərdən artıq çalışmalıdırlar. Məsələn, çalışdığım akademik ocaqda bir tələbə- doktorant kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verirər. Mənimlə yaşıd qadınların heç birinin hələ də mükəmməl ailəsi yoxdur. Bütün bunlara görə milli adətlərimizə, mənə tərbiyə verən valideynlərimə, həyat yoldaşıma minnətdaram"

Və…

Həmsöhbətimiz xaricdə yaşayan həmvətənlilərimizə bunları arzulayır: "Bütün hallarda öz kökünə, milli ənənələrimizə, adətlərimizə və əsasən də biri-birinə hörmət nümayiş etdirsinlər. Məqsədə doğru inamla irəliləsinlər. Çətinliklərdən qorxmaq lazım deyil. Zəhmət heç vaxt nəticəsiz qalmır..."

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər