25 Dekabr 2018 07:05
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook” sosial şəbəkəsi “WhatsApp” messenceri vasitəsilə pulköçürmələri üçün kriptovalyuta layihəsi üzərində işləyir. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, indi “Facebook”un mütəxəssisləri öncə Hindistan bazarını hədəfləyən layihənin strategiyası üzərində çalışırlar.

“RNS” nəşri yazır ki, adıçəkilən ölkədə 200 milyondan çox nəfər “WhatsApp” messencerindən istifadə edir. Ümumdünya Bankının məlumatına görə, Hindistan pulköçürmələri üzrə dünyada liderdir: yalnız 2017-ci ildə ölkədə həyata keçirilmiş pulköçürmələrinin məbləği 69 milyard dollar təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər