19 Fevral 2019 07:45
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.

Teleqraf.com “ICTnews” a istinadən xəbər verir ki, sistem su buxarından yaranan və proqnozlaşdırılması kifayət qədər çətin olan leysan yağışlarının başlanması barədə öncədən xəbər verəcək. Məsələn, mövcud meteoroloji sistemlər bu işin öhdəsindən gəlmir.

Yaponiyanın Milli İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) dövlət və özəl şirkətlərlə birgə sözügedən sistemin hazırlanması ilə məşğuldur. Sözügedən sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər