6 Mart 2019 00:42
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Üzən Venesiya” (“Floating Venice”) adlı böyük istirahət mərkəzinin tikilməsi nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, 414 otaqdan ibarət olacaq dördmərtəbəli binanın birinci mərtəbəsi suyun altında olacaq.

Müştərilər istirahət yerlərinə qayıqlarla daşınacaq. 2021-ci ilə başa çatdırılması nəzərdə tutulan mərkəz 680 milyon dollara başa gələcək.

Qeyd edək ki, “Üzən Venesiya” “Avropanın qəlbi” adlı süni ada şəklində Avropanın ayrı-ayrı ölkə və şəhərlərinin kiçik maketi şəklində düşünülən layihənin bir hissəsi olacaq.


Müəllif: Teleqraf.com