2 May 2019 21:13
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyanın qərbindəki Gerik şəhərində meymunlar yanğınsöndürən maşına hücum edib.

Hadisə nəticəsində 5 yanğınsöndürən xəsarət alıb.

Qeyd olunur ki, meymunların hücumu nəticəsində mühərrik sıradan çıxıb və maşın aşıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Sürücü avtomobili meymunlardan qaçırmağa çalışdığını və nəticədə idarəetməni itirdiyini deyib.


Müəllif: Mənbə/Trend