3 May 2019 07:05
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mark Sukerberq "F8" tərtibatçılar konfransında "Facebook Messenger", "Instagram" və "WhatsApp" arasında mesaj mübadiləsi funksiyasını istifadəyə verməyə dair söz verib.

Teleqraf.com xəbər verir ki, sözügedən platformanın istifadəyə verilmə müddəti hələ ki dəqiq bilinmir. "Engadget" resursunun məlumatına görə, bu, artıq 2019-cu ildə reallaşa bilər.

İstifadəçilər "Facebook"a məxsus 3 müxtəlif kommunikasiya platforması arasında mesajlar göndərə və qəbul edə biləcəklər.


Müəllif: Teleqraf.com