"YouTube" rəhbərliyi bu videohostinqdə şovinist – qatı millətçi xarakterli materiallara qarşı mübarizənin gücləndirilməsi haqqında bildirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə xidmətin bloqunda məlumat verilib.
"YouTube" qeyd edib ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü qeyd edən çarxlara qarşı sərt tələblərtətbiq edib. Nəticədə belə videogörüntülərə baxış orta hesabla 80% azalıb.
"Bu gün biz hər hansı qrupun yaş, cins, irq, kasta, din, seksual oriyentasiya və ya veteran statusu kimi keyfiyyətlərə əsaslanan üstünlüyünü güman edən videoları qadağan edən yeni addım atırıq…", - deyə şirkətdən bildirilib.
Bloqun mlumatına görə, videohostinq xidməti keçirilən fəaliyyətin düzgünlüyünə əmin olmaq üçün öz siyasətini daim təkmilləşdirir.
Daha əvvəl də “YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.