22 İyun 2019 07:47
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə əşyanın sadəcə fotosunu çəkməklə bir neçə dildə tərcümə edir.

Bu tətbiqin istifadəçiləri hər hansı əşyanın şəklini çəkməklə bir neçə xarici dildə onun qarşılığını öyrənə bilərlər. Süni zəka sisteminə əsaslanan proqramın interfeysi işləmə mexanizminə görə də çox sadədir.

"Artificial eye" adlı proqramı yazan Ülvi Nüsal deyir ki, süni zəka sistemi ilə işləyən tətbiqlərə hər zaman marağı olub. Bu sahədə araşdırma apararkən məlum olub ki, Azərbaycan dilində işləyən belə bir proqram yoxdur. Hazırda proqrama xarici ölkələrdən də böyük maraq var. Proqram İOS siteminin appstore mobil mağazasında top 10-luqdadır.

Ülvi Nüsal deyir ki, xarici dil öyrənmək istəyənlərin də proqrama marağı çoxdur. Hazırda proqram Azərbaycan, türk, rus, ingilis, italyan, ispan və fransız dillərində işləyir. Yaxın vaxtlarda proqrama başqa dillər də əlavə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər