27 Oktyabr 2019 00:12
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda ölən və kremasiyaya aparılan qadın yandırılmazdan bir neçə dəqiqə əvvəl özünə gəlib.

Teleqraf.com xəbər verir ki, Finic Sopajorn adlı qadın qalxanvəri vəzinin şişməsindən əziyyət çəkirmiş. Oktyabrın 20-də onun öldüyünü bildiriblər və ailəsi dəfn hazırlıqlarına başlayıb. Dəfnə qədər 70 yaşlı qadın tabuta qoyulub və 3 gün ərzində aşağı tepmeratura malik buddist məbədində qalıb.

Kremasiyadan əvvəl onu əri Tavin Sopajorn ənənəyə əsasən, meyiti yuyub. Elə bu zaman o, qadının çətinliklə də olsa, nəfəs aldığını və göz qapaqlarının tərpəndiyini görür.

Hazırda qadın yenidən xəstəxanaya yerləşdirilib.

"O, ağır vəziyətdədir. Düşünmürəm ki, o, bu vəziyyətdən çıxacaq. Lakin hələlik sağdır, onun ölüm saatı yetişməyib. Əgər onu yandırsaydıq, bu, dəhşət olardı".


Müəllif: Nihad