1 Yanvar 2020 14:25
2 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəsinin bakirəliyini pozan xanım həkim məhkəmə qarşısına çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, şikayətçi müayinə zamanı xəstəsinin bakirəliyini pozan professor Ebru D.-nin 1 il müddətində həbsini tələb edir.

Məlumata görə, İstanbulda özəl klinikalardan birində işləyən xanım qadın xəstəliyi səbəbindən elə həmin klinikanın həkiminin qəbulunda olub.

Həkim xəstədən hamilə olub-olmadığını soruşub. Xəstə isə “subayam, bakirəyəm və hamilə deyiləm” cavabını verib. Ancaq müayinə zamanı xəstə özündə dəyişiklik hiss etdiyindən həkimə bakirə olub-olmadığını soruşub. Həkim isə xəstəyə bakirəliyini itirdiyini bildirib.

Bundan sonra həkim xəstəsinin bakirəliyini bərpa etmək məqsədilə əməliyyat qərarı verib. Lakin bəlli olub ki, bu, mümkün deyil.

Həkim xəstəsinə xüsusi arayış verməsini təklif edib, lakin gənc qız bundan imtina edib və bildirib ki, heç kəs bu arayışa inanmaz.

Gənc qıza prokurorluğa müraciət edib və həkim haqqında həbs qərarı çıxarılmasını tələb edib.


Müəllif: Cavad

Oxşar xəbərlər