3 May 2020 08:54
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları yarasaların SARS, Ebola kimi ağır təsirləri olan virusları daşıdığı halda koronavirusa niyə yoluxmadıqlarına aydınlıq gətiriblər. Bildiriblər ki, buna səbəb onlardakı Sting adlı immunitet genində meydana gələn mutasiyadan qaynaqlanır.

Teleqraf.com xəbər verir ki, virusların mənfi təsiri həm insanlarda, həm də heyvanlarda bir çox simptomlar yaratsa da, yarasalarda bu təsirlər mutasiya edilən "Sting gen" səbəbiylə görülmür.

Karyerasını Uhan Viroloji İnstitutunda davam etdirən Peng Zhou yarasalarda güclü bir antikor olduğunu düşünərək tədqiqatlara başlayıb. Tədqiqatlar nəticəsində Stingin hüceyrələrin sitoplazmasında yad DNT-ləri aşkar edərək, hüceyrəni ələ keçirməsinin qarşısını aldığını aşkarlayıb.

İnsan immunitet sistemində bu DNT-lər çox hüceyrələrə yayılır. Hüceyrələr DNT-ni tanıyıb, antikorları inkişaf etdirir və müqavimət göstərməyə başlayır. Bu müddətdə qızdırma kimi simptomlar özünü göstərir. Stingin əsasən viruslarda olan RNT maddəsini aşkar edə biləcəyi düşünülür.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər