16 Sentyabr 2020 00:53
3 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti iPad 8 planşet kompüterinin yenilənmiş modelini təqdim edib.

Teleqraf.com xəbər verir ki, həmin planşet kompüterinin yenilənmiş modeli A12 Bionic prosessoruna sahib olub. Onun sayəsində iPad-ın yeni nəsili keçmiş modelindən 40 faiz sürətli və digər istehsalçıların rəqiblərindən bir neçə dəfə daha sürətli işləyəcək.

Məlumata əsasən, yenilənmiş batareya iPad 8-ni 24 saat ərzində yenidən doldurmadan istifadə etməyə imkan verəcək.

Yenilənmiş iPad-ın qiyməti konfiqurasiyadan asılı olaraq 329 dollardan başlayır.


Müəllif: Teleqraf.com