18 Noyabr 2020 19:00
2 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada 2030-cu ildən benzin və dizel yanacağı ilə işləyən avtomobillərə qadağa qoyulacaq.

Teleqraf.com xəbər verir ki, Baş nazir Boris Conson benzin və dizellə işləyən avtomobillər və mikroavtobusların 2030-cu ildən etibarən satılmayacağını deyib. O, hibrid modellərə də icazə veriləcəyini bildirib.

Bu qərar Baş nazirin yaşıl sənaye inqilabı adlandırdığı planın bir hissəsidir. Yeni qanunun qəbul olmasında məqsəd ölkədə iqlim dəyişikliyi və nüvə sənayesində irəliləyiş əldə etməkdir. Planın həyata keçirilməsi üçün büdcədən 4 milyard funt-sterlinq vəsait ayrılıb.


Müəllif: Teleqraf.com