ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mütəxəssisləri bu həftə Yer kürəsinin yaxınlığından 5 asteroidin keçəcəyi barədə xəbərdarlıq ediblər.
Teleqraf.com xəbər verir ki, bu həftə Yer kürəsinə yaxınlaşacaq 5 asteroiddən üçü – “2020 XF4”, “2020 VY1” və “2020 XS5” bu gün planetin yaxınlığından keçəcək.
Mütəxəssislər asteroidlərin ölçülərinin 10-24 metr arasında olduğunu deyiblər.
Bunlardan ən yaxını Yerdən 343 min kilometr məsafədən keçəcək.
Digər tərəfdən, “2020 XX3” və “2020 XF3” adlanan 6.8-30 metr ölçülü daha iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaq.
Bu asteroidlərin ən kiçiyi planetdən 57.100 kilometr, ən böyüyü isə təxminən 7 milyon kilometr məsafədən keçəcək.