17 Yanvar 2021 08:54
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mütəxəssisləri Mississippi ştatında Space Launch System (SLS) raket qurğusunun mühərriklərinin sınaqlarını keçiriblər.

Teleqraf.com xəbər verir ki, NASA sınaq kompleksinin ərazisində xüsusi bir dəstəyə quraşdırılmış dörd mühərrik eyni vaxtda təxminən bir dəqiqə işləyib. Halbuki bunun təxminən 8 dəqiqə davam edəcəyi ehtimal olunurdu.

NASA-nın direktoru Cim Braydenstayn sınaqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər şey plana uyğun getməsə də çox vacib məlumatlar əldə olunub.

SLS layihə meneceri Con Heniket mühərriki söndürmək üçün avtomatik sistemin işə salındığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər