22 Yanvar 2021 17:26
1 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə koronavirusa yoluxub xəstəxanaya aparılan cütlük reanimasiyada evlənib.

Teleqraf.com xəbər verir ki, nikahın bağlanması üçün bəyə tənəffüs aparatının taxılması təxirə salınıb.

Məlumata görə, Milton-Keynsədə yaşayan 31 yaşlı Lizze Kerr və 36 yaşlı Simon O'Breyn 2019-cu ilin iyun ayında evlənməyi planlaşdırırmışlar.

Yanvarın 9-da koronavirusa yoluxan cütlük Milton Keynes xəstəxanasına aparılıb.

Tibb bacısı işləyən Lizze Kerr müalicə aldıqları xəstəxananın tibb bacısına evlənmək planları barədə danışıb. Kerri vəziyyətləri pisləşdikcə artıq belə bir şanslarının olmayacağını deyib. Kerrinin həmkarı ondan xəstəxanada toy etmək istəyib-istəmədiklərini soruşub.

Cütlük xəstəxanada evlənmək istəyini təsdiqləyəndən sonra hazırlıq başlanılıb.

Yanvarın 12-də keçirilən toy üçün O'Breynin aparata qoşulması bir saat təxirə salınıb. Nikah şahidi olan tibb bacısı Cannon isə cütlüyün ailələri və dostları üçün mərasimi lentə alıb. Toy mərasimi üçün xəstəxananın mətbəxindən tort da gətirilib.

O'Breyn "evlənməyə razısınızmı" sualına “bəli” cavabını verdikdən dərhal sonra yuxuya gedib. Onu cihaza qoşub reanimasiyaya köçürülməsinə qərar verilib. Hələ oksigen müalicəsi almalarına baxmayaraq cütlüyün sağlamlığının indi yaxşılığa doğru getdiyi deyilir.


Müəllif: Yeganə Oqtayqızı