SpaseX kompaniyası bazar günü Falcon-9 raket daşıyıcısının 143 raketlə buraxılışını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Kanaveral burnundakı (Florida ştatı) kosmodromda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan başqa, həmin buraxılışa 10 Starlink internet mikro-peyki daxildir.
Kompaniyadan bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord miqdarda kosmik aparat çıxarılan ilk buraxılışdır.
KİV-lərin məlumatına görə, 200 kiloqramlıq peykin buraxılış qiyməti bir milyon dollar təşkil edir. Bundan yuxarı hər kiloqram üçün 5 min dollar ödəmək lazım gəlir.
SpaseX bu cür raket buraxılışlarını dörd aydan bir həyata keçirməyi planlaşdırır.