ABŞ prezidenti Cozef Baydenin iki iti Ağ evdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN bildirib.
Qeyd edilir ki, buna onlardan birinin mühafizə və xidmətçi personalla aqressiv davranışı səbəb olub.
Telekanalın informasiyasına əsasən, “Maycor” ləqəbli üç yaşlı it məxfi xidmətin əməkdaşlarından birini dişləyib. Bundan sonra iti Ağ Evdən Bayden ailəsinin yaşadığı Uilminqtona (Delaver ştatı) evə göndəriblər.
Hər iki it yanvarda, Baydenin inaqurasiyasından dörd gün sonra Ağ evə gətirilib.
Bununla da ABŞ-ın yeni seçilmiş prezidentinin iti Birləşmiş Ştatların birinci iti olub.
Cozef Bayden bir neçə ay əvvəl verdiyi açıqlamada ötən əsrdə Ağ Evdə Birləşmiş Ştatların bütün prezidentlərinə məxsus olmuş it saxlama ənənəsini geri qaytaracağını söz vermişdi. Bu ənənəni ABŞ-ın o zamankı prezidenti Donald Tramp pozub.
Baydenin yanvarın 20-dəki inaqurasiyasından sonra Ağ Evə onunla və xanımı ilə birlikdə “Çemp” və “Majcor” ləqəbli alman ovçarkaları da köçüblər