26 Mart 2021 22:37
1 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yak-40" bazalı Rusiyanın ilk elektrik təyyarələrinin satışları 2030-cu ildən əvvəl başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə sözügedən təyyarələrin uçuşlarına başlanacaq, laynerilərin kommersiya satışlarına isə 2030-cu ildən etibarən, hətta bundan da əvvəl start veriləcəyi gözlənilir.

Nazir əlavə edib ki, bu, elektrik qurğusunun tətbiq ediləcəyi eksperimental bir təyyarə olacaq. Təyyarə cari ilin iyul ayında Moskvada beynəlxalq aviasiya sərgisində nümayiş olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər