Mərakeşin Kasblanka şəhərində malili bir qadın 5-i qız, 4-ü oğlan olmaqla ümumilikdə 9 körpə dünyaya gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mali Səhiyyə Nazirliyi məlumat yayıb.
Həlimə Sisi adlı qadının qeysəriyyə yolu ilə doğduğu bildirilib.
25 yaşlı ana və 9 körpənin səhhətinin yaxşı olduğu deyilib.