9 May 2021 00:57
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ingenuity” adlı helikopter Marsın səthində ilk dəfə yeni əraziyə uçuş edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Amerika Milli Kosmik Araşdırma Agentliyi (NASA) yayıb.

Bildirilib ki, uçuş ABŞ-ın şərq sahilindən başlayıb, 108 saniyə davam edib. Helikopter 10 metr hündürlüyə qalxıb,129 metr uçuş reallaşdırıb. Helikopter enişdən əvvəl fotoşəkillər çəkib. Bu, helikopterin Marsa 5-ci uçuşudur. “Ingenuity” əvvəlki 4 uçuşdan sonra start yerinə qayıdıb.


Müəllif: Teleqraf.com