12 Avqust 2021 20:26
4 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) bu yaxınlarda hesabatının dərc edilməsindən sonra qlobal istiləşmə ilə bağlı yeni araşdırmalar ortaya çıxmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, dünyanın bir çox ölkəsinin iqlim böhranı səbəbindən yox olmaq təhlükəsi ilə üzləşə biləcəyi iddia edilib.
Ümumdünya Təbiət Fondu bu yaxınlarda Amazon, Cənubi Afrikadakı Miombo meşələri və Avstraliyanın cənub-qərbi kimi vəhşi təbiətlə zəngin bölgələrinin ən çox zərər çəkəcəyi yerlərdən biri olacağını açıqlayıb. Araşdırmalarda müdafiəsiz, yüksək riskli ölkələrin iqlim böhranına qarşı heç bir tədbir görməyəcəkləri təqdirdə yox olma həddinə çatacaqları və dünyanın önəmli ölkələrinin bu böhrandan dərindən təsirlənəcəkləri bildirilir.

Araşdırmalar göstərir ki, dəniz səviyyəsinin yüksəlməsini zəiflətmək üçün ciddi dəyişikliklər edilmədiyi təqdirdə 2050-ci ilə qədər bir çox ada yox olacaq. Yüksələn suların xüsusilə Haiti, Fici və Filippin kimi yerləri vuracağı gözlənilir. Amma dünyada Maldiv adalarından daha riskli bir ada yoxdur. Mərcan adalarının 80 faizdən çoxu dəniz səviyyəsindən 30 santimetr yüksəklikdə yerləşdiyindən dəniz səviyyəsindəki ən kiçik artım belə ada ölkəsini batıra bilər.

Yüksək temperaturlu atmosferi ilə tanınan BƏƏ-də yayda havanın temperaturunun 50 dərəcəyə çatdığı bilinir. Massaçusetts Texnologiya Universitetinin mütəxəssisləri ölkənin mövcud rekord temperaturunun 2070-ci ilə qədər adi hala çevriləcəyini, paytaxt Əbu-Dabinin ən qaynaq nötqə olacağını deyirlər. Elm adamları BƏƏ-nin getdikcə yaşamaq üçün mümkün olmayacağını iddia edirlər. Temperaturun 60 dərəcəyə çata biləcəyini söyləyən elm adamları bunun 10 dəqiqəyə insan bədənini zədələnə biləcəyini bildirirlər.
Germanvoç İnstitutu Yaponiyanın da ekstremal hava şəraitindən ölüm riskinin ən çox olduğu ölkə olduğunu açıqlayıb. 2018-ci ildən bəri ölkədə tayfunlar, istilər, torpaq sürüşmələri və daşqınlar nəticəsində 1282 nəfər həyatını itirib.

İqlim dəyişikliyi və digər insan faktorları Malavi və Zimbabve kimi yerlərdə də ərzaq təhlükəsizliyinin davam etməsində əsas amil kimi önə çıxır. Beş il əvvəl regionun digər ölkəsinin - Sudanın bu səbəblərdən “son dərəcə mürəkkəb fövqəladə vəziyyət”lə üzləşdiyi bildirilib. Bu durum hər keçən gün daha da pisləşir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər