9 Sentyabr 2021 23:38
2 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı fizik Mitio Kaku elm adamlarını uçan naməlum obyektlər (UNO) və dünyadankənar həyatın mümkünlüyü haqqında açıq fikirli olmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o, UNO görüntülərinin haradan əldə edildiyini soruşmağın qanuni elmi sual olduğunu söyləyib.

“Bir çox fizik ulduzların çox uzaqda olduğuna görə şübhə ilə yanaşırlar. Yadplanetlilər bizdən milyonlarla il uzaqda olduğunu təsəvvür edin, yeni fiziki qanunlar açılır, buna görə açıq fikirli olun”, - Kaku bildirib.

O, bundan əvvəl bu əsrdə dünyadankənar bir mədəniyyətlə tanış olacağımızı iddia edib. Kaku hesab edir ki, bizdən bir çox işıq ili uzaqda olan bir qüvvəyə müdaxilə etdiyimiz üçün ilk addımı atarkən diqqətli olmalıyıq: “Tarixə nəzər salsaq, yeni tanış olan sivilizasiyalar arasındakı bu güc dinamikası heç də həmişə yaxşı nəticələnmir”.

Kaku yadplanetlilərlə qarşılaşsaq, dərhal qaçmalı olduğumuzu söyləyib.

“Düşünürəm ki, yadplanetlilər bizi öz yollarına çəkməsinlər deyə, varlığımızı gizli saxlamaq yaxşı fikirdir. Yadplanetlilərin nəyə inandığını kim bilir?”, - fizik qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu