14 Sentyabr 2021 23:53
1 890
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015 -ci ildə dünyanın pandemiyaya hazır olmadığı xəbərdarlığını edən amerikalı milyarder Bill Qeyts yeni gündəm yaradan iddia səsləndirib.

Teleqraf.com xəbər verir ki, Qeyts indi də növbəti pandemiyaya hazır olmadığımızı söyləyib.

“Pandemiya hazırlığına marağın gözlədiyimdən daha az olması məni narahat edir”, - milyarder bildirib.

Qeyts dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və təklif vermək, sonrakı 100 gündə isə bunu milyardlarla insana çatdırmaq gücünə çatmalı olduğunu vurğulayıb. başqa 100 gündə milyardlarla insana çatacaq.

Onun sözlərinə görə, bu gücə malik fabriklər qurmaq imkanları var. Ancaq çatışmayan tək şey lazımi addımların hələ atılmamasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər